AZ

Azərbaycanda internet problemi: Nə baş verir?

Azərbaycanda internetlə bağlı ciddi çətinliklər müşahidə olunur.

Busaat.az xəbər verir ki, problem həm stasionar provayderlərdə, həm də mobil operatorların şəbəkəsində özünü göstərir.

İstifadəçilərin bir qismi sosial şəbəkələrə məhdud şəkildə daxil ola bilsə də, çoxları ümumiyyətlə heç bir internet resursuna qoşula bilmir. Bəzi abunəçilər sürətin kəskin şəkildə zəiflədiyini, digərləri isə tamamilə əlaqənin kəsildiyini bildirirlər.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Sosial mediada isə internetin bərpası ilə bağlı müxtəlif müzakirələr aparılır və istifadəçilər qarşılaşdıqları çətinlikləri paylaşırlar.

Vətəndaşların sözlərinə görə, internet bağlantısında yaranan nasazlıqlar gündəlik həyatın müxtəlif sahələrinə də təsir göstərir. Xüsusilə nağdsız ödənişlər zamanı ciddi çətinliklər müşahidə olunur. Mağazalarda və ictimai iaşə obyektlərində bank kartları ilə aparılan əməliyyatların böyük hissəsi mümkün olmur. Eyni zamanda, ödəmə terminallarında da sistemlərin işləməməsi səbəbindən kommunal xidmətlərin, mobil balansların və digər ödənişlərin həyata keçirilməsi çətinləşib. Bu vəziyyət həm satıcılar, həm də alıcılar üçün narahatlıq yaradaraq gündəlik əməliyyatların axsaməsına səbəb olur.

Seçilən
24
3
busaat.az

6Mənbələr