Oxu.az saytına istinadən ain.az xəbər verir.
İtaliya polisi "Şimal axını" boru kəmərinin partladılmasında əli olduğu iddia edilən şəxsi həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
Qeyd olunur ki, partlayışda iştirak edən gəminin göyərtəsində ukraynalı Sergey K. olub.
İtaliya polisi ukraynalını avqustun 20-də axşam saatlarında Rimini bölgəsində həbs edib. O, ümumavropa həbs orderi əsasında axtarışda idi.
Xatırladaq ki, Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərində - "Şimal axını" və "Şimal axını-2"də partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.