"Neftçi" iki futbolçusunu əvəzedici heyətə göndərib.
Publika.az xəbər verir ki, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular - Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Bu barədə paytaxt klubu rəsmi məlumat yayıb.
Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.