AZ

ETN: Suriyalı tələbələrin Azərbaycanda təhsil alma imkanları araşdırılır

Suriyalı tələbələrin Azərbaycan ali təhsil müəssisələrində "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılır.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub.

Görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupunun üzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya Ərəb Respublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləri iştirak ediblər.

Sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Seçilən
7
8
report.az

7Mənbələr