"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.
Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.
R.Şeydayev baş məşqçi Samir Abasovun planlarına daxil deyil. Amma onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi olduğundan "Neftçi" müqaviləni birtərəfli qaydada ləğv edə bilmir.
29 yaşlı Şeydayev 2024-cü ilin yayında "Neftçi" ilə 3 illik müqavilə bağlayıb. O, ötən mövsüm komanda 31 oyunda meydana çıxıb və 4 qol vurub.