Ağdam rayon sakini 26 yaşlı Mahirə Hüseynova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, M.Hüseynovanın əlamətləri: boyu 165 sm, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qırmızı rəngli qısaqol gödəkçə, göy rəngli şalvar və çəhrayı rəngli ayaqqabı olub.
"Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər nömrəsi və (050) 997-06-03 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.