"Son dövrlər ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınıb. Burada qiymətlər 2024-cü illə müqayisədə ilkin bazar üçün təxminən 30 faiz artıb".
Bunu BAKU.WS-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.
Ekspert əlavə edib ki, 2025-ci ilin əvvəlindən indiyə artım 14 faizdən çoxdur:
"Qaradağ rayonunda da qiymətlərdə ciddi yüksəliş müşahidə olunur. Burada artım 20 faiz ətrafında olub və bazar dinamikliyi ilə seçilib.
Sabail rayonu da ən çox bahalaşma olan ərazilərdən biridir. Burada həm ilkin, həm də təkrar bazarda yüksək artım qeydə alınıb. Bu rayonlarda artıma səbəb infrastruktur layihələrinin çoxluğudur.
Eyni zamanda, mərkəzə yaxınlıq və əhalinin yüksək tələbatı da bu artımı şərtləndirən amillərdəndir".
Orxan Hüseyn