AZ

Yeniyetmələr arasında cinayət hallarında azalma müşahidə olunur - STATİSTİKA

Azərbaycanda 14–17 yaş arası uşaqlar arasında baş verən cinayət hallarının 2005–2024-cü illəri əhatə edən statistikasına əsasən, ümumi rəqəmlərdə azalma tendensiyası müşahidə olunur.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata əsasən, 2005-ci ildə 14–17 yaşlılar arasında cinayət törətmiş uşaqların sayı 554 nəfər olub. Bu göstərici 2010-cu ildə 439 nəfərə, 2015-ci ildə 477 nəfərə, 2020-ci ildə 388 nəfərə, 2023-cü ildə 494 nəfərə, 2024-cü ildə isə 472 nəfərə düşüb.

Cinayət törədən 14–17 yaşlı uşaqların hər 10 000 nəfərə düşən sayı 2005-ci ildə 7,4 nəfər, 2010-cu ildə 6,5 nəfər, 2015-ci ildə 8,9 nəfər, 2020-ci ildə 7,9 nəfər, 2023-cü ildə 9,3 nəfər, 2024-cü ildə isə 8,9 nəfər təşkil edib.

Bu yaş qrupundakı cinayət törədənlərin ümumi cinayət törətmiş şəxslər arasında xüsusi çəkisi 2005-ci ildə 3,2 faiz olub. Bu göstərici 2010-cu ildə 2,4 faiz, 2015-ci ildə 2,9 faiz, 2020-ci ildə 2,0 faiz, 2023 və 2024-cü illərdə isə 2,2 faiz təşkil edib.

14–17 yaş arasında məhkum olunmuş uşaqların sayı da illər üzrə dəyişib. 2005-ci ildə bu rəqəm 341 nəfər idisə, 2010-cu ildə 238 nəfərə, 2015-ci ildə 286 nəfərə, 2020-ci ildə 207 nəfərə, 2023-cü ildə 310 nəfərə, 2024-cü ildə isə 285 nəfərə düşüb.

Ümumilikdə statistik göstəricilər Azərbaycanda yeniyetmələr arasında cinayətkarlığın nəzarət altında saxlandığını göstərir. Son illərdə sayda müəyyən dəyişikliklər olsa da, cinayət törətmiş və məhkum olunmuş uşaqların sayı 2005-ci illə müqayisədə azalıb. Bu, hüquq-mühafizə və təhsil orqanlarının preventiv tədbirlərinin, eləcə də sosial dəstək mexanizmlərinin təsirinin nəticəsi kimi dəyərləndirilə bilər.

Seçilən
3
azedu.az

1Mənbələr