AZ

Sabah 3 rayonda qaz olmayacaq

Sabah Qəbələ, Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində "ölcü qovşaqları"nın quraşdırılması məqsədilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Eyni zamanda, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsində Qəbələ rayonu H.Əliyev pr., 5A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Dövlət Vergi Xidmətinin) qaz xəttinin mənbəyə qoşulması məqsədilə 22.08.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Zarağan kəndinin bir hissəsinin 1 115 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
21
32
news365.az

10Mənbələr