“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Kaxaber Sxadadzenin çaışdırdığı komanda I Liqa təmsilçisi MOİK-lə qarşılaşacaq.
Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.
“Qəbələ”Premyer Liqanın 1-ci turunda “Karvan"la heç-heçə edib – 1:1. Komanda avqustun 25-də 2-ci turun oyununda "Zirə"ni qəbul edəcək.