AZ

Ermənistan vətəndaşları Şuşaya turist kimi gedə bilər - PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, jurnalistlərdən biri ona Şuşa ilə bağlı sual ünvanlayıb.

“Sülh sazişi imzalandıqdan sonra Ermənistan vətəndaşları Şuşaya gedə bilərlərmi?” sualına Paşinyanın cavabı belə olub: “Ermənistan vətəndaşlarının Şuşaya gedə bilməsi məsələsinə gəldikdə, mən qarşılıqlılıq prinsipini xatırlatmaq istəyirəm. Bəli, sülh şəraitində hamı hər yerə turist kimi gedə bilər”.

Seçilən
9
11
turkustan.az

10Mənbələr