AZ

Arvadını öldürdü, sonra da intihar etdi

Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

XəzərNews.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə 1988-ci il təvəllüdlü arvadı Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər 7 dəfə oxunub.
Seçilən
34
22
xezernews.az

10Mənbələr