AZ

Xaricdən daha az ət gətirilir: qiymət bahalaşa bilər Ekspertdən XƏBƏRDARLIQ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycana xaricdən ət idxalı azalıb. Rəsmi statistik məlumatlara görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 25 min 180.38 ton ət idxal olunub ki, bu da ilin eyni dövrü ilə müqayisədə 5 min 542,56 ton və ya 18% azalma deməkdir. Ətin idxal dəyərində 20 faizə yaxın azalma müşahidə edilib.

Ekspertlər ətin idxalında azalmanın qiymətlərə də təsir edəcəyini istisna etmir.

Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycan üçün ət idxalı strateji əhəmiyyət daşıyır:

"Ölkədə daxili tələbatın təxminən yarısı idxal hesabına ödənilir. Buna görə də idxalın azalması yerli bazarda ət qiymətlərinin artmasına səbəb ola bilər. Çünki idxal hazırda yerli istehsalın qarşılamadığı tələbi kompensasiya edir. Əgər qısa müddətdə idxala çıxış məhdudlaşarsa - istər logistika, istərsə də tariflərlə bağlı səbəblərdən bazarda təklif azalacaq və bu da qiymət artımı ilə müşayiət olunacaq".

O eyni zamanda əlavə edib ki, belə olan halda idxalın azalmasını yerli istehsalın artması ilə əlaqələndirmək düzgün deyil:

"Bu tendensiyanın ilk əlamətləri artıq 2025-ci ilin əvvəlindən müşahidə olunmağa başlayıb: həm miqdar, həm də dəyər baxımından idxalda azalma gedir, bunun fonunda isə ətin bahalaşması baş verir. Yəni idxalın azalması yaxın perspektivdə qiymətlərə təzyiq göstərə bilər.

Uzunmüddətli həll yolu kimi yerli ət istehsalının gücləndirilməsi, idxal mənbələrinin şaxələndirilməsi (məsələn, Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdən daha çox tədarük) və logistika sisteminin dayanıqlılığının artırılması zəruri hesab olunur",- deyə Akif Nəsirli qeyd edib.

Ekspert bidlirib ki, ət idxalının strukturuna nəzər saldıqda, 2023-cü ildə idxal olunan ət və ət məhsulları arasında quş əti və onun qalıqları ümumi idxalın 53%-ni (təxminən 46 milyon dollar), dondurulmuş mal əti isə 32%-ni (təxminən 28 milyon dollar) təşkil edib. Onun sözlərinə görə, digər məhsullar - donuz əti, qoyun və keçi əti, digər yağlar və s. isə cüzi paya malik olub:

"Dondurulmuş mal əti üzrə 2023-cü ildə idxalın dəyəri 28 milyon dollar olub və bu kateqoriyada ən böyük tədarükçü Ukrayna olub (64%). Daha sonra isə bu sırada Hindistan (17.6%), Braziliya (11.2%), Belarus və Rusiya kimi ölkələr gəlir.

Ümumilikdə 2023-cü ildə ət idxalının əsas mənbə ölkələri arasında Ukrayna birinci yerdədir - idxalın 41%-i və ya 35 milyon dollar. Sonrakı sıralarda Rusiya (18.3% və ya 15.8 milyon dollar), Braziliya (8.8% və ya 7.63 milyon dollar), Gürcüstan (8.67% və ya 7.52 milyon dollar), Belarus (8.59% və ya 7.45 milyon dollar) və Hindistan (5.72% və ya 4.96 milyon dollar) yer alır. Digər mənbə ölkələr arasında Almaniya, Somali, Argentina, Danimarka və bunun kimi ölkələr var".

O qeyd edib ki, 2024-cü ildə dondurulmuş sümüksüz mal əti üzrə idxalın ümumi dəyəri 33.7 milyon dollar, miqdarı isə 8,045 ton olub:

"Bu məhsul üzrə də əsas tədarükçü Ukrayna olub - 21.6 milyon dollar dəyərində 4,428 ton. Braziliya, Hindistan, Rusiya və Belarus kimi dünya ölkələri də dondurulmuş sümüksüz mal əti üzrə idxalda əsas mənbələr sırasındadır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
modern.az

2Mənbələr