BAKI, 21 avqust. TELEQRAF
11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilmiş Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafata layiq görülüblər.
Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.