Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayışlar qeydə alınıb.
Herbiand.az xəbər verir ki, nəticədə bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib, Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.
Əraziyə FHN-nin yanğınsöndürən helikopterləri cəlb olunub.[APA]