Türkiyənin Samsun rayonunda it hücumuna məruz qalan 11 yaşlı uşağın qolu iflic olub.
Referans Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə iyulun 25-də Çərşəmbə rayonunda baş verib.
Məlumata görə, Yunus Aksoy adlı uşaq top oynadıqdan sonra evə qayıtmaq istəyərkən itin hücumuna məruz qalıb. İt qaçmağa çalışan oğlanı ombasından, kürəyindən və çiynindən dişləyib.
Ağır xəsarət alan Yunus xəstəxanaya yerləşdirilib. Müalicəsi davam edən uşağın infeksiyaya yoluxma riskinin olduğu bildirilib.
Yaşadıqları dəhşəti izah edən Yunus Aksoyun atası Səlim Aksoyun sözlərinə görə, oğlunun müalicəsi zamanı həddindən artıq antibiotik qəbulu səbəbindən böyrəyi və qaraciyəri də zədələnib.
Ailə şikayətçi olaraq ədalətin öz yerini tapmasını istəyir.//Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta