Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.
Editor.az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı yanğınsöndürənlərdən biri Babək Zeynalov yaralanıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.