Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gəncədə sürücülərin diqqətinə səbəb olan maraqlı vəziyyət qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, şəhərin Zərifə Əliyeva küçəsi ilə kəsişmədəki yolayrıcında işıqfordan əvvəl də, sonra da “STOP” nişanı quraşdırılıb. Problem ondadır ki, eyni nişandan arxa-arxaya iki ədəd yerləşdirilib.
Sürücülərin sözlərinə görə, bu hal yol hərəkətində çaşqınlıq yaradır. Bəzi sürücülər düşünür ki, bəlkə də ərazidə xüsusi bir məhdudiyyət və ya əlavə tələb mövcuddur. Halbuki, əslində belə bir tələb nəzərdə tutulmur. İşıqfor olduğu halda nişan əsas tutulmasa da, iki eyni nişanın yerləşdirilməsi sürücüləri çaşdırır.
Yol nişanlarının düzgün və anlaşılan formada yerləşdirilməsi sürücülərin təhlükəsizliyi üçün vacibdir. Eyni nişanın iki dəfə təkrarlanması isə həm qaydalara ziddir, həm də sürücülərinin diqqətinin yayınmasına gətirib çıxarır.
Fidan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.