AZ

Xəlil Mürsəlli “İmişli”də

“Sabah”ın yarımmüdafiəçisi Xəlil Mürsəlli bundan sonra Premyer Liqanın digər təmsilçisi “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı oyunçu yeni klubuna azad agent kimi qoşulub. Onunla 2 illik müqavilə imzalanıb.

Xəlil Mürsəlli “Sabah”ın yetirməsidir. O, geridə qalmış mövsümdə paytaxt klubunun əvəzedicilərdən ibarət komandasında çıxış edib.

Xatırladaq ki, Premyer Liqanın yeni iştirakçılarından olan “İmişli” bu yay Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Juninyo, Yav Mozes, Tuncay Yusifli, Xəzər Mahmudov və Dioqo Almeyda ilə də güclənmişdi.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman komandanı tərk ediblər.

Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayev isə bölgə klubu ilə yeni müqaviləyə imza atıblar.

Seçilən
65
1
arena.az

10Mənbələr