Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından husilər tərəfindən yaradılmış bir qüvvə bu həftə Qırmızı dənizin şimalında üsyançıların İsrail limanlarına üzmək qadağanını pozan iki gəmiyə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malek əl-Husi deyib.
"Bu həftə biz Qırmızı dənizin şimalında iki əməliyyat keçirdik və bu əməliyyat zamanı embarqonu pozan iki gəmiyə hücum etdik", - o, "Ənsar Allahın" Əl Məsirə telekanalı tərəfindən yayımlanan müraciətində deyib.
Hərəkat lideri hansı gəmilərə hücum edildiyini dəqiqləşdirməyib.
Məryəm Quliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.