AZ

"Qarabağ"dan TRANSFER istəyirik? - Gündəmə damğa vuracaq VİDEO

Avqustun 27-də Azərbaycan futbolu adına növbəti tarix yazıla bilər.

Belə ki, "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlmək imkanı qazanıb.

Çempionumuz bu yolda ilk vacib addımı Macarıstanda atıb. Səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gələb komandamız bu dəfə rəqibini Bakıda qəbul edəcək.

Bu cür önəmli qarşılaşma öncəsi yenə bəzi şəxslər ara qarışdırmaqla məşğul olur, lüzumsuz yerə klubu rəhbərliyi və baş məşqçi Qurban Qurbanova qarşı kampaniya aparır.

Xüsusilə sosial şəbəkələrdə yaradılan müxtəlif platformalarda ağızlarına gələni danışır, bəziləri isə küyə gedərək belələrinə çanaq tuturlar.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov mövcud durumla bağlı dəyərləndirmələr edib, "Qarabağ"ın transfer strategiyasına işıq tutub:

"Çox önəmli matç öncəsi yenə başlayıblar hücumçu, hücumçu, hücumçu... Belə tənqidlər hazırki heyətə hörmətsizlikdir.

Təsnifat mərhələləri çərçivəsində komanda digərlərini bütün göstəricələrdə üstələyib.

Transfer kartof və ya alma deyil ki, gedib marketdən alasan. Burada çox önəmli detallar var ki, əksəriyyətə adi və asan gəlir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
9
sportinfo.az

1Mənbələr