Türkiyənin "Qalatasaray" klubunda daha bir futbolçu ilə yollar ayrılıb.
Offsideplus.az xəbər verir ki, söhbət 26 yaşlı müdafiəçi Viktor Nelssondan gedir.
Danimarkalı futbolçu İtaliyanın "Hellas Verona" klubuna icarə əsasında keçdi. İcarə üçün 650 min avro ödəyən italiyalıların onu 8 milyon avroya satınalma hüququ olacaq.
Qeyd edək ki, Viktor Nelsson 2021-ci ildə "Kopenhagen" klubundan 7 milyon avroya transfer edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta