AZ

“Hər gün bal yeyirəm, qonaqlara göndərirəm” - İlham Əliyev

Xəbər verdiyimiz kimi, avqustun 21-də Prezident İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

"Cebheinfo.az"ın məlumatına görə, Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra “Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

"Cebheinfo.az"

Seçilən
6
16
cebheinfo.az

10Mənbələr