Ajans.az xəbər verir ki, bu barədəPeşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məlumat yayılıb. Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.