AZ

Tramp: Bayden Ukraynaya döyüşməyə yox, yalnız özünümüdafiəyə icazə verirdi  

İşğalçı ölkəyə hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, Co Bayden Ukraynaya döyüşməyə yox, yalnız özünümüdafiəyə icazə verirdi. “Nə olursa olsun, mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməyəcəkdi. Sıfır ehtimal. Maraqlı anlar qabaqdadır”,- deyə Tramp əlavə edib.

Seçilən
0
5
azerbaijan-news.az

6Mənbələr