Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Referans-a bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta