AZ

Gəmidə toyuq kotletlərinə görə kütləvi dava

Gecəyarısı Bahama adalarından ABŞ-a qayıdan kruiz laynerində onlarla sərnişinin iştirak etdiyi kütləvi dava olub. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, kruiz gəmisində qəzəbli sərnişinlər arasında baş verən kütləvi dava, şahidlərin sözlərinə görə, “toyuq kotletləri” ilə bağlı narazılıqdan başlayıb. KİV-də yayılan videoda təxminən iyirmi dava edən sərnişinin bir-birinə şiddətlə hücum etdiyi, ətrafda isə turistlərin toplaşaraq baxdığı görünür. Yalnız mühafizəçilərin müdaxiləsindən sonra dava iştirakçılarını sakitləşdirmək olub.

Seçilən
56
1
avtosfer.az

2Mənbələr