AZ

“Çelsi” və “Borussiya” oyunçu dəyişikliyi barədə danışıqlar aparır

“Çelsi” və Dortmund “Borussiya”sı arasında mümkün oyunçu mübadiləsi müzakirə olunur.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, 20 yaşlı müdafiəçi Aaron Anselmino icarə əsasında Almaniya klubuna keçə bilər. Əvəzində isə 21 yaşlı yarımmüdafiəçi Karni Çukvuemeka “Çelsi”yə tam transfer olunacaq.

London klubu artıq “Borussiya”ya aydın şəkildə bildirib ki, Anselminonun icarəsi yalnız Çukvuemeka ilə bağlı razılıq əldə olunacağı halda mümkündür.

Xatırladaq ki, gənc yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında Dortmund təmsilçisində icarə əsasında çıxış etmişdi. Anselmino isə artıq alman klubuna keçidə prinsipial “hə” cavabı verib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr