AZ

Etibar Əliyev I qrupda abituriyentlərin 56%-nin 200-dən az bal toplaması barədə: "Adam xəcalət çəkir"

"I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında abituriyentlərin göstərdiyi nəticələr məni dəhşətə gətirdi. İmtahanda 31167 abituriyentiştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib".

Bu barədə sabiq deputat Etibar Əliyev açıqlama verib.

Xatırladaq ki, hər iki alt qrupun birgə nəticəsinə görə, 200 baldan çox nəticə göstərənlərin sayı təqribən 44 %-dır. Deməli, 56 % abituriyent 200 bal toplamağa müyəssər olmayıb. Etibar Əliyev bununla bağlı təhsil siyasətinə məsul fiqurlara sual ünvanlayıb:

"Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzər alsaq, funksional savadsızlığa dəlalət edir Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal,qəbul imtahanında isə 150 bal toplamaq mümkündür. Bu faktor özünü 2025- ci ildə Avstraliyada keçirilən 66-cı Beynəlxalq riyaziyyat olimpiadasında şagirdlərimizin medal qazana bilməməsində əyani olaraq sübut etmişdi. Qonşu ölkələrə baxanda adam xəcalət çəkir".

Seçilən
27
aznews.az

1Mənbələr