AZ

"Mançester Yunayted"in yeni hədəfi bilindi

style='margin-bottom:10px;'>

“Mançester Yunayted” “Ştutqart”ın yarımmüdafiəçisi Anqelo Ştilleri heyətə cəlb etməyi nəzərdən keçirir. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Hazırda İngiltərə təmsilçi transfer pəncərəsinin bağlanmasına qədər daha bir yarımmüdafiəçi almağın vacibliyini müzakirə edir. Lakin 24 yaşlı oyunçunun transferinin baş tutacağına zəmanət yoxdur.

Qeyd edək ki, ötən mövsüm və yay aylarında mətbuatda almaniyalı futbolçuya “Real”ın da maraq göstərdiyi xəbərləri yayılmışdı.

Gənc yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxaraq, 4 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Ştutqart”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
40
50
teleqraf.com

10Mənbələr