Toğanalıdan Gəncəyədək də tunel inşası nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə bildirib.
“İndi Gəncəyə buradan, Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz. Bir məsələni də demək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş də verdim.
İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyə qədər də baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir az narahatdır. Orada da bəlkə bir yox, bir neçə tunel inşa ediləcək.
O olarsa, onda Gəncədən Kəlbəcərə rahat 1 saat, 1 saat 10 dəqiqəyə gəlmək mümkün olacaq”, - deyə Prezident qeyd edib.
Bizim.Media