AZ

Paşinyandan tarixi Türkiyə açıqlaması: 33 ildən sonra ilk dəfə mümkün olacaq

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda mətbuata açıqlamasında Türkiyə ilə sərhəd məsələlərini dəyərləndirib.

Globalinfo.az xəbər verir ki, o, Ermənistan-Türkiyə sərhədlərinin təkcə bu istiqamətdən deyil, müxtəlif yollarla açıla biləcəyini və danışıqların birbaşa aparıldığını vurğulayıb:

“İnanıram ki, Ermənistan-Türkiyə sərhədi açılacaq.”

Paşinyan həmçinin qeyd edib ki, hökumət bütün sərhəd keçidlərini, o cümlədən Ermənistan-Azərbaycan sərhəd keçidlərini sadələşdirməyə hazırdır.

Baş nazir bildirib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırmır. O, qərarlarının qısa, orta və uzunmüddətli inkişaflara əsaslanacağını qeyd edib.

Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədləri Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxiləsi səbəbilə Türkiyə tərəfindən bağlanıb. O vaxtdan bəri sərhəd həm nəqliyyat, həm ticarət baxımından tamamilə məhdudlaşdırılıb və yalnız diplomatik kanallar vasitəsilə məhdud ünsiyyət davam etdirilir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
globalinfo.az

2Mənbələr