AZ

“Qəbələ” yoxlama oyununda MOİK-i 3 cavabsız qolla yendi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turuna hazırlaşan “Qəbələ” bu gün Birinci Liqa təmsilçisi MOİK-lə yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, 1-ci Liqa təmsilçisinə qarşı matç Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşdə üç qol vurulub. İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyevin qolları Premyer Liqa təmsilçisinə böyükhesablı qələbə qazandırıb – 3:0.

Qeyd edək ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının 2-ci turunun avqustun 25-də keçiriləcək oyununda “Zirə”ni qəbul edəcək.

Seçilən
8
arena.az

1Mənbələr