AZ

Vatsapda daha bir yenilik

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan vatsapa yeni avto-cavab funksiyası əlavə olunub.

"Unikal" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bu yenilik sayəsində istifadəçilər qarşı tərəf zəngə cavab vermədiyi halda ona səsli mesaj göndərə biləcəklər.

Funksiya hazırda Android üçün 2.25.23.21 beta versiyasında test olunur. Zəng interfeysində “Zəngi bitir” və “Yenidən zəng et” düymələrinin arasında yeni “Səsli mesaj yaz” seçimi yerləşdirilib.

Düyməyə toxunduqda avtomatik olaraq səs yazılır və söhbət ekranına buraxılmış zəng bildirişi ilə birlikdə göndərilir. Bu, istifadəçilərə mesajla zəngin bir-biri ilə əlaqəli olduğunu göstərir.

Yeni xüsusiyyətin vatsapın stabil versiyasına nə vaxt əlavə ediləcəyi hələ məlum deyil.

Seçilən
30
unikal.az

1Mənbələr