BAKI, 21 avqust. TELEQRAF
Tovuz rayonunda 57 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yolu keçmək istəyən İbrahimhacılı kənd sakini 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu maşın vurub. Rayon sakini aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.