AZ

Tovuzda piyadanı avtomobil vuraraq öldürdü - FOTO

Tovuzda piyadanın ölümü ilə vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu vurub.

M. Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
33
5
news24.az

10Mənbələr