AZ

Rza Cəfərovun Neftçi dəki taleyi bəlli olub

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Neftçi”də Rza Cəfərov müəmmasına aydınlıq gəlib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin də şərəfini qoruyan qapıçı karyerasını ağ-qara formada davam etdirəcək.

Kenan Piriçin transferindən sonra arxa plana keçən və psixoloji sarsıntı yaşayan 22 yaşlı futbolçu daim oynayacağı kluba üz tutmaq istəyirdi. Lakin xidmətində maraqlı olan müştərilərdən heç biri “Neftçi”yə müraciət etməyib. Yəni ona görə transfer haqqı ödəmək həvəsində olmayıb.

Premyer Liqanın açılış turunda adının “23-lük”də olmadığını görəndə, Cəfərovun “Neftçi”ni tərk edəcəyini düşünənlər var idi. Lakin belə deyil. Oyundan bir neçə gün əvvəl zədələndiyi üçün “Şamaxı”ylə matç üçün sifariş olunmayıb. Odur ki, fövqəladə hal baş verməsə, Rza “Neftçi”də qalacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
icma.az

5Mənbələr