AZ

Kirkorov səhnədə yıxıldı

Rusiyalı müğənni Filipp Kirkorov Kazanda keçirilən "New Wave" festivalında mahnı ifa edərkən səhnəyə yıxılıb.

Publika.az xəbər verir ki, hadisənin videosunu RT "Telegram" kanalı yayıb.

Müğənni səhnə platformasına qalxmaq istəyərkən sürüşərək kürəyi üstə yıxılıb. Yaxınlıqdakı sənətçilər dərhal ona kömək ediblər.

"Qeyd etmək lazımdır ki, bütün bu müddət ərzində Kirkorov oxumağı dayandırmadı", - mənbə bildirib.

Hüseyn İbadlı

Seçilən
100
publika.az

1Mənbələr