AZ

ABŞ müttəfiqlərlə Ukrayna danışıqlarına dair kəşfiyyat məlumatlarını paylaşmayacaq

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vaşinqton administrasiyası ABŞ kəşfiyyatına “Beş göz” alyansının üzvlərinə Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə danışıqlara dair heç bir məlumat verməməyi tapşırıb.

APA xəbər verir ki, bu barədə cümə axşamı CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ABŞ kəşfiyyat agentliklərinə sözügedən alyansın üzvlərinə Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı heç bir məlumat verməməyi əmr edib.

Qeyd edək ki, ABŞ-dan başqa, buraya Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya daxildir.

Qabbard həmin sənədi iyulun 20-də imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
4
apa.az

6Mənbələr