AZ

ABŞ-da universitetin şəhərciyində silahlı şəxs barədə xəbərdarlıq edilib

ABŞ-ın Pensilvaniya ştatındakı Villanova Universitetinin şəhərciyində silahlı hücum barədə xəbərdarlıq edilib və tələbələrdən sığınacaq axtarmağa çağırılıb.

APA xəbər verir ki, Villanova Universitetinin şəhərciyi yerli vaxtla saat 17:30 radələrində nəqliyyatın hərəkətinə bağlanıb.

Polis şəhərcikdə silahlı şəxs barədə xəbərdarlıq edib və tələbələri sığınacaqda gizlənməyə çağırıb.

Polisin binaları evakuasiya etdiyi bildirilir. Lakin hazırda insan tələfatı ilə bağlı hər hansı bir məlumat verilmir.

Seçilən
7
1
apa.az

2Mənbələr