AZ

“Samsunspor” azarkeşi rekord müəyyənləşdirmək üçün Monqolustandan Yunanıstana səyahət etdi

Polşada yaşayan “Samsunpor” azarkeşi Taner Tamtürk UEFA Avropa Liqası çərçivəsində “Panatinaikos”la qarşılaşan sevimli komandasının oyununa tribunadan baxmaqdan ötrü 10 300 kilometr yol qət edib.

Oxu.Az bu barədə “Türkiye” qəzetinə istinadla xəbər verir.

O, Avropada səfər matçına avtomobil yolu ilə ən uzun səyahəti reallaşdırmaq məqsədilə bu addımı atıb.

Tamtürk Monqolustanın paytaxtı Ulan-Batordan yola çıxaraq, 12 gün sonra Afinaya çatıb.

Futbol azarkeşi səyahətini avtostopla tamamladığını vurğulayıb. 52 yaşlı Tamtürk rekord müəyyənləşdirdiyinin təsdiqlənməsi üçün Dünya Rekordları Sertifikatlaşdırma Agentliyinə (World Record Certification Agency) müraciət edib.

Agentlik GPS qeydlərini araşdıraraq, qət edilmiş məsafəni təsbit edir.

Araşdırma müsbət nəticələnərsə, Tamtürk UEFA-nın səfər matçında iştirak etmək üçün avtomobil yolu ilə ən uzun səyahət edən azarkeş olacaq.

Seçilən
10
1
editor.az

2Mənbələr