AZ

"Qalib ölkənin vətəndaşları kimi geri dönürük"

Bu gün doğulduğumuz torpaqlara geri qayıtdığımız üçün çox sevinirik. Şükür ki, uzun illərdən sonra arzularımız reallaşdı. Bu günləri bizim üçün əlçatan edən Prezident İlham Əliyevə təşəkkür edirik. Torpaqlarımızın azadlığı uğrunda mübarizədə yaralananlara cansağlığı arzulayıram, şəhid olanlara Allah rəhmət eləsin.

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Elgiz Səmədov söyləyib.

O deyib: "Ağdamdan məcburi köçkün düşəndə 16-17 yaşlarında olardım. Bu gün isə 49 yaşında öz ata-baba yurdumuza qalib ölkənin vətəndaşları kimi geri dönürük".

Seçilən
0
5
publika.az

6Mənbələr