Ajans.az xəbər verir ki, məlumatı Ağ Evdən yayıblar. Milli dizayn studiyası standartlaşdırılmış dizayndan istifadə etmək və "dövlət xidmətləri ilə ictimai qarşılıqlı əlaqə"nin keyfiyyətini artırmaq üçün çalışacaq. İcra sərəncamına əsasən, studiya internet saytları və rəqəmsal xidmətlərin dizaynını təkmilləşdirmək üzərində işləyəcək, çünki mövcud xidmətlər ictimaiyyətin “ehtiyaclarını ödəmir”.
Bloomberg məlumatlı mənbələrə istinadən əlavə edir ki, "Airbnb"-nin həmtəsisçisi, milyarder Co Gebbia ABŞ-nin baş dizayneri vəzifəsinə təyin ediləcək. O, hazırda Tramp administrasiyasında, Hökumətin Səmərəliliyi Departamentində (DOGE) işləyir.