Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan Xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistan prezidenti Avaza Milli Turizm Zonasında keçiriləcək “Azərbaycan – Türkmənistan – Özbəkistan” formatında keçiriləcək sammitin tədbirlərində iştirak edəcək.
Özbəkistan lideri sammit çərçivəsində ikitərəfli danışıqlar da aparacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfər edib.
Ağarza Elçinoğlu