İlin I yarısında ölkədə 28 nəfərə professor elmi adı verilib. 3 nəfərə isə bu elmi adın verilməsindən imtina edilib.
Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, texnika və iqtisadiyyat elmləri üzrə 6, tibb elmləri üzrə 4, riyaziyyat, fikiza, biologiya, filologiya elmləri üzrə 2, kimya, siyasi elmlər, psixologiya, sənətşünaslıq üzrə isə 1 nəfərə professor elmi adı verilib.