Yazını böyüt
Yazını kiçilt
Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək. "Neftçi" səfərdə "İmişli"nin qonağı olacaq, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" klubu "Karvan"la avqust ayının 23-də, "Şamaxı" klubu "Sabah"la, "Turan Tovuz" klubu "Araz-Naxçıvan"la avqustun 24-də, "Qəbələ" isə "Zirə" ilə avqust ayının 25-də üz-üzə gələcək.
22 avqust
Misli Premyer Liqası
Saat 17:00, "İmişli" - "Neftçi";
Saat 19:30, "Qarabağ" - "Sumqayıt".