Bakı.Trend:
Sabunçuda kabellə ona xəsarət yetirən arvadını həmin kabelləboğmağa çalışan kişi cərimələnib.
Trend-inməlumatına görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib.
Belə ki, zərərçəkmiş şəxs övladları dərman içdikdən sonra həmindərmanı harasa qoyduğu üçün onu tapa bilməyib. Daha sonratəqsirləndirilən şəxs həmin dərmanı axtardıqda evin həyətindəntapıb və buna görə də ona öz iradlarını bildirməyə başlayıb. Qeydedilib ki, o durmadan onun ünvanına böhtan xarakterli ifadələrişlətməyə davam edib.Bu aralarında mübahisə yaranıb, zərərçəkmişşəxs evin dəhlizində olan kabeli götürərək ona zərbələr vurub.Təqsirləndirilən şəxs isə həmin kabel ilə onu boğmağa çalışdıqdaonun əlindən çıxıb, sonra isə Müşfiq evdən çıxdıqda təxminən 3-4dəqiqə davam edən mübahisələri bitib.
Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşışikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiqərizəni məhkəməyə təqdim edib.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsCinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətəməlinin törədilməsində təqsirli bilinərək barəsində 1000 manatməbləğində cərimə cəzası təyin edilib.