AZ

Nazir Türkiyəni Naxçıvana birləşdirəcək dəmiryolu xəttinin hazır olacağı tarixi açıqladı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməli qoyulacaq.

Yeniavaz.com “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində layihənin əhəmiyyətini açıqlayıb.

Onun sözlərinə görə, təxminən 110 milyard lirə (4,56 milyard manat) sərmayə ilə həyata keçiriləcək bu layihə həm logistika imkanları, həm də mühəndislik baxımından strateji əhəmiyyət daşıyır.

Nazir bildirib ki, 224 kilometrlik xətt cüt yollu, elektrikləşdirilmiş və siqnallı olacaq. İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma potensialına malik dəmiryolu xətti regionun nəqliyyat infrastrukturuna böyük töhfə verəcək. Layihə çərçivəsində 5 tunel, 19 örtülü tunel, 3 viyadük, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid və 480 suötürücü inşa olunacaq. Tikintinin 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Uraloğlu vurğulayıb ki, bu xətt Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq və daha əvvəl təmin edilən 2,4 milyard avroluq xarici kredit ölkəyə valyuta axını baxımından da mühüm rol oynayacaq.

Nazir həmçinin Türkiyənin qlobal tədarük zəncirlərində həlledici rolunu xatırladaraq deyib:

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Türkiyə Asiya ilə Avropanı birləşdirən ən sabit mərkəzə çevriləcək. Bu, təkcə dəmir yolu deyil, həm də regional harmoniya, təhlükəsizlik və iqtisadi artım üçün strateji infrastrukturdur.”

Onun sözlərinə görə, dəhliz Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu açacaq, Avrasiyanın təchizat xətlərini gücləndirəcək və Türkiyəni tranzit ölkədən regional əməkdaşlığın episentrinə çevirəcək.Murad Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
yeniavaz.com

4Mənbələr