AZ

Rumıniya Ukraynanın təhlükəsizliyi üçün NATO-ya hərbi bazalarını təqdim etməyə hazırdır

Rumıniya Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasına dəstək məqsədilə NATO müttəfiqlərinə ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə imkanı təqdim edə bilər.

Editor.az xəbər verir ki, bu barədə Baş nazir İlie Bolojanu Calea Europeana nəşrinə müsahibəsində məlumat verib.

Baş nazirin sözlərinə görə, Buxarest Ukraynaya siyasi və hərbi-siyasi dəstəyini davam etdirəcək, lakin Rumıniya qoşunlarının Ukrayna ərazisinə göndərilməsi nəzərdə tutulmur.

Bolojanu əlavə edib ki, bu addım Rumıniyanın NATO çərçivəsində öhdəliklərinin bir hissəsi olmaqla yanaşı, regionda davamlı sülhün təmin edilməsinə yönəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr