AZ

Putinin xüsusi nümayəndəsi Azərbaycanı tənqid edib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Putinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanı tənqid edib.

O, avqustun 20-də Rusiyanın RBK kanalına müsahibəsində Qarabağda erməni-əsilli mədəniyyət xadimlərinə aid heykəl və büstlərin dağıdılmasını pisləyib.

"Mədəniyyət xadimlərinə məxsus abidələrin sökülməsi, dağıdılması, onların təhqir olunması harada baş verməsindən asılı olmayaraq olduqca mənfi hərəkətdir. Bu mədəniyyət abidələrinin ermənilərə, azərbaycanlılara, ruslara və ya hansısa başqa xalqa məxsus olmasının fərqi yoxdur", – Şvıdkoy deyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda izləyin.

"Artsax Turizm və Mədəniyyət İnkişafı Agentliyi" Xankəndidə son beş ildə ermənilərə aid olan 25 abidənin dağıdıldığını iddia edib.

Bu iddialara görə, bura erməni-əsilli Sovet İttifaqı qəhrəmanlarının abidələri, sənətçilərin, şair və yazıçıların heykəlləri daxildir.

Rusiyalı rəsminin bu iddialarına Azərbaycan hələlik münasibət bildirməyib.

Azərbaycan mədəniyyət naziri Adil Kərimli isə BBC Azərbaycancaya açıqlamasında bildirmişdi ki, Azərbaycan Qarabağdakı erməni abidələrini dağıtmır, bərpa edir.

Abidələrlə bağlı sonuncu belə mübahisə bu il iyulun 30-da yaşanıb.

Azərbaycan Xankəndi şəhərində erməni-əsilli rəssam İvan Ayvazovskinin 2021-ci ildə qoyulan heykəlini götürüb.

Bakı bunu belə izah edib ki, bu abidələr Azərbaycanın suveren ərazilərində, Azərbaycanın icazəsi olmadan qurulub.

"Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur", – Azərbaycan XİN-in bəyanatında deyilir.

Rəsmi Bakı Rusiyanı bu cür məsələlərə birtərəfli yanaşmaqda ittiham edir.

Seçilən
138
bbc.com

1Mənbələr